İrəvan

İrəvan — Qədim Azərbaycan torpağında
Azərbaycan şəhəri. Bu gün Ermənistan
Respublikasının paytaxtıdır.
Ağrı vadisinin Şimal kənarında, Zəngi çayının
sahilində, 850-1300 metr yüksəklikdə yerləşir.
Müxtəlif dövrlərdə Çuxursəd vilayətinin, İrəvan
xanlığının, İrəvan quberniyasının mərkəzi olub.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
qərarı ilə müvəqqəti olaraq (100 illiyə)
Ermənistan Respublikasına güzəştə gedilmişdir.
İrəvan şəhərinin adı tarixi mənbələrdə Erəvan,
Erivan formalarında qeyd edilir. İrəvan toponimi
türk dilində “kişi”, “igid” mənasını verən “ir” türk
etnonimi ilə “ölkə”, “yer”, “kənd”, “şəhər” mənası
daşıyan “avan” sözü əsasında əmələ gəlib
“igidlər ölkəsi” mənasını ifadə edir. Ermənilər isə
əsassız bir şəkildə İrəvan (Yerevan) toponimini
Nuh peyğəmbərin adı ilə bağlayaraq erməni
mənşəli toponim olduğunu iddia edirlər.
1918-ci il may ayının 26-da Gürcüstan Cənubi
Qafqaz Seymindən çıxdığını bildirib öz
müstəqilliyi elan edəndən sonra Azərbaycan və
Ermənistanın da analoji addım atmaqdan başqa
çıxış yolu qalmamışdı. 1918-ci il may ayının
28-də Azərbaycan da öz müstəqilliyini elan etdi
və Elizavetpolu (indiki Gəncə) özünə paytaxt
seçdi. Bununla bağlı may ayının 30-da
Azərbaycan Respublikası Nazirlər Şurasının
sədri Fətəli Xan Xoyskinin imzaladığı
radioteleqraf məlumatı bütün ölkələrin xarici
işlər nazirliklərinə göndərildi. İstanbul, Berlin,
Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya,
Buxarest, Tehran, Madrid, Haaqa, Moskva,
Stokholm, Kiyev, Xristaniya (Oslo) və
Kopenhagenə göndərilən məlumatda deyilirdi:
“Gürcüstanın ittihaddan çıxması üzərinə
“Mavərayi-Qafqaz müttəhid cümhuriyyəti”
ithalal eyləmişdir. Şəhri halın 28-ci günü əqdi-
ictimai edən “Azərbaycan Şurayi-Millisi”
Mavərayi-Qafqazın Cənubi-Şərqisində vaqe olan
Azərbaycan Cümhuriyyətini təşkil eyləmişdir.
Keyfiyyətdən hökuməti-mətbuənizin xəbərdar
edilməsini surəti məxsusda rica eylər və
ehtiramati – faiqəmi təqdim ilə kəsbi şərəf
edərəm. Hökumətin şimdilik məqərri –
müvəqqəti Elizavetpoldur. 30 mayıs. 1918.
Azərbaycan Cümhuriyyəti məclisi – nüzzar rəisi
Xoyski”.
Belə olan halda ən pis vəziyyətdə elə həmin
gün, 1918-ci il may ayının 28-də öz
müstəqilliyini elan edən Ermənistan qalmışdı.
Ermənistanın mərkəz şəhəri, paytaxtı yox idi. Bu
vaxt Azərbaycan Cümhuriyyəti digər bütün
ərazilərə iddialarından əl çəkmələri şərti ilə
İrəvanı ermənilərə güzəştə getməyi qərara alır.
Bununla bağlı F.X.Xoyski o vaxtkı xarici işlər
naziri M.H.Hacınskiyə ünvanladığı məktubda
yazır: “Onlar (ermənilər – qeyd) ultimatumu
qəbul edirlər və müharibəyə son qoyurlar. Biz
İrəvanı güzəştə getdik”
May ayının 29-da erməni Milli Şurası ilə
danışıqlar barədə Nazirlər Şurasının sədri
F.X.Xoyski Azərbaycan Milli Şurasının iclasında
məlumat verdi. O göstərdi ki, Ermənistan
Federasiyası yaratmaqdan ötrü onlara siyasi
mərkəz lazımdır, Aleksandropol türklər
tərəfindən tutulduqdan sonra belə bir siyasi
mərkəz, ancaq İrəvan şəhəri ola bilər, ona görə
bu şəhərin ermənilərə güzəştə gedilməsi
labüddür. Bu məsələ barəsində
X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov
, M.Məhərrəmov çıxış edərək İrəvan şəhərinin
ermənilərə güzəşt edilməsini qaçılmaz bəla kimi
qiyməyləndirdilər. Milli Şuranın iclası İrəvan
şəhərinin ermənilərə güzəştə gedilməsi barədə
öz razılığını bildirdi. İki gün sonra İrəvan Milli
Şurasının üzvləri Mir Hidayət Seyidov, Bağır
Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvan
şəhərinin Ermənistan Respublikasına güzəştə
gedilməsinə etiraz etdilər, lakin iyun ayının 1-də
keçirilən Azərbaycan Milli Şurasının iclası bu
etirazı qəbul etmədi.
İrəvan Ermənistana veriləndən sonra
Ermənistanın sərhəddi İrəvan şəhərinin
yaxınlığından keçirdi. Onun ixtiyarında cəmisi
altı kilometrlik dəmir yolu vardı. Batum
müqaviləsinin şərtlərinə görə Ermənistan
Respublikası Cənubi Qafqazda 10 min km²
ərazisi olan dövlət idi.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s